Qəhvə COVID-19-un bir neçə variantından qorunmağa kömək edir.
Qaziler.az bildirir ki, bunu BMC Cell & Bioscience jurnalında dərc edilən yeni araşdırmanın nəticələri göstərib.
Elmi araşdırmalar göstərir ki, Covid-in ağır formalarının inkişafının qarşısını almaq üçün mütəmadi olaraq idman etmək və polifenollarla zəngin pəhrizə riayət etmək lazımdır. Qəhvənin tərkibində çoxlu polifenolik birləşmələr olduğu bilinir: xlorogen turşusu (CGA), kofein turşusu (CAA), kafestol, melanoidinlər və trigonellin. Ümumiyyətlə, bu içki bir sıra tədqiqatlarda xlorogen turşunun əsas mənbəyi kimi tanınıb.
Əvvəlki tədqiqatlar xlorogen turşunun qan təzyiqi, lipid profili, qlikemiya və insulin müqavimətinə faydalı təsir göstərə təyin edib. Bu yaxınlarda aparılan elmi işin bir hissəsi olaraq, mütəxəssislər kovidlə mübarizədə qəhvənin effektivliyini araşdırıblar.
Britaniya Biobankının məlumatlarını təhlil edən alimlər belə qənaətə gəliblər ki, qəhvə ACE2 sünbül zülallarının qarşılıqlı təsirini bloklayır, TMPRSS2 və CTSL-nin fəaliyyətini ləngidir, TMPRSS2 və ACE2 zülallarının səviyyəsini azaldır. Tədqiqatçılar həmçinin müəyyən edib ki, adi qəhvənin tərkibindəki izoxlorogen turşuların A, B və C-nin kofeinsiz qəhvə kimi Covid-ə yoluxma ehtimalını 43-54% azaldır.
Gündə bir və ya iki fincan qəhvə içməyin təsirli olduğu ortaya çıxıb. Bununçün altı saat ərzində bir stəkan, sonra isə digərini içmək lazımdır.
QAZİLER.AZ