Qadın gəzməklə bədəninin necə dəyişdiyindən danışdı: “Hər gün 20 min addım atdım”

Qadın gəzməklə bədəninin necə dəyişdiyindən danışdı: “Hər gün 20 min addım atdım” backend

“Bir ay ərzində hər gün 20.000 addım ataraq, sınaqdan keçirdim və bunun bədənimə gözlədiyimdən necə təsir etdiyini gördüm”.

Qaziler.az xəbər verir ki, bu fikirləri “NewsWeek” üçün bir məqalədə Robin Laird adlı qadın danışıb.

Qadın koronavirus pandemiyasından sonra gündə 15 min addım atmağı vərdiş halına gətirdiyini, bunu 20 min addıma çatdıraraq onu necə təəccübləndirdiyini deyib:

-Daha sürətli yuxuya getməyə və daha sağlam yatmağa başladım

-Duruşum yaxşılaşıb.

-Bədənim incəldi və daha yığıcam oldu. Bir neçə kilo çəki atdıç və əzələ kütləsi yığdım.

-Özümü emosional cəhətdən daha sabit və xoşbəxt hiss etməyə başladım.

-Xoşbəxt hisslə dolu bir ay keçirdim və düşünürəm ki, bu, gəzinti ilə əlaqəli idi – qadın qeyd edib.

QAZİLER.AZ

Diaspora