Dietoloq, tibb elmləri doktoru Mariyat Muxina bildirib ki, qızılbalıq ürək-damar sistemi üçün çox faydalı balıqdır.
Qaziler.az bildirir ki, “Moskva 24” telekanalı ilə söhbətində mütəxəssis onun tərkibində ürək əzələsinin fəaliyyəti üçün zəruri olan çoxlu miqdarda doymamış "Omeqa-3" yağ turşularının olduğunu qeyd edib.
“Omeqa-3 yağ turşuları ürək əzələləri üçün faydalıdır. Həmin turşularla zəngin olan balıqlardan biri qızılbalıqdır. “Omeqa-3” yağ turşuları qanı incəldir, trombozdan qoruyur, yaxşı xolesterini artırır və pis xolesterini azaldır”, - deyə həkim izah edib.
Bundan əlavə, "Omeqa-3" yağ turşuları aterosklerozdan, ürəyin işemik xəstəliyindən qoruyur və infarkt riskini azaldır. Muxina həmçinin siyənək, skumbriya, sardina və alabalığa diqqət yetirməyi tövsiyə edib. Həkim "Omeqa-3" ilə zəngin qidaların siyahısına qoz, kətan toxumu, çia toxumu və küncütün də daxil olduğunu vurğulayıb.
Firuzə Alimova
QAZİLER.AZ