2020-ci ilin mart ayında Merilend ştatından olan alim Tajide de Karvalyo həmkarları ilə birlikdə mikroskop vasitəsilə unikal bir fenomen aşkar edib: “başqasının boynuna" yapışan daha kiçik bir virus.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki,“Amerikanın səsi” belə bir məlumat açıqlayıb.
Merilend torpağında tapılan bu mikroorqanizmlər bakteriofaqlardır – bakteriyaları yoluxduran viruslardır. Bakteriofaqlar yer üzündə ən çox yayılmış orqanizmlər sırasındadır. Tajide de Karvalyo digər alimlərlə birlikdə belə qəribə simbiozun necə yarana biləcəyini izah etməyə çalışıb.
Onlar bu barədə “Journal of the International Society for Microbial Ecology” jurnalında elmi məqalə dərc ediblər. MiniFlayer adlanan kiçik virus hüceyrələrin içərisində özünü təkrarlamaq qabiliyyətini itirir - viruslar beləcə çoxalır. Beləliklə, təkamül nəticəsində ağıllı parazitlərin necə yaranması cəmiyyətə bəlli oldu.