Yaşlılar üçün ən təhlükəli balığın adı açıqlanıb

Yaşlılar üçün ən təhlükəli balığın adı açıqlanıb backend

“Yaşlı insanlar üçün ən təhlükəli balıq tilapiadır, xüsusən də pis şəraitdə yetişdirilibsə...”.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Elena Solomatina bildirib. “Moskva 24” telekanalı ilə söhbətində mütəxəssis bu balığın toksinlər və ağır metallar yığdığını vurğulayıb.

"Şərait pis olubsa, o zaman balıq toksinləri və ağır metalları toplayır. Mən tilapiyadan ehtiyatlı olmağı tövsiyə edərdim, çünki onun tərkibində müxtəlif maddələr və komponentlər ola bilər. Bədən sağlamdırsa, ayda bir dəfə yeyə bilərsiniz, imtina etməyə ehtiyac yoxdur. Onlar xüsusilə yaşlılar üçün təhlükəlidir, çünki yaşla əlaqədar olaraq, bədənin müdafiəsi zəifləyir ”, - deyə həkim tövsiyə edib.

Tuna balığını yemək də yaşlılar üçün sağlamlıq riskləri yaradır. Diyetoloq qeyd edib ki, balığın təhlükəsi onun yaşından asılıdır: “Tuna balığı kifayət qədər uzun yaşayır və bu müddət ərzində çoxlu miqdarda civə yığmağı bacarır”.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora