2050-ci ilə qədər istidən ölüm halları dəfələrlə artacaq - Alimlər

2050-ci ilə qədər istidən ölüm halları dəfələrlə artacaq - Alimlər backend

Yaxın onilliklərdə istilərlə bağlı qlobal ölüm 370% və ya 4,7 dəfə artacaq.

Qaziler.az xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun “The Lancet” tibb jurnalı üçün hazırladığı “The Lancet Countdown” illik hesabatında deyilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, daha tez-tez baş verən quraqlıq milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyacaq və temperaturun yüksəlməsi xəstəlik daşıyıcısı olan ağcaqanadların həmişəkindən daha çox yayılmasına şərait yaradacaq. 2050-ci ilə qədər 520 milyon insanın orta və ya ciddi şəkildə qida çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır. Eyni tarixə qədər dang qızdırması 36% artacaq.

Araşdırmaya görə, 2013-2022-ci illər arasında istidən ölən 65 yaşdan yuxarı insanların sayı 1991-2000-ci illər ilə müqayisədə 85% artıb.

QAZİLER.AZ

Diaspora