“Dəri üçün pis vərdişlər dəriyə qulluq kosmetikasının tez-tez dəyişdirilməsi, saç lakları və quru şampunların istifadəsi, şəkərdən sui-istifadə, siqaret və yastıq örtüklərinin nadir hallarda dəyişdirilməsidir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri dermatokosmetoloq Rosa Gerliani “Gazeta.ru” ilə müsahibəsi zamanı xəbərdar edib. Mütəxəssis yeni qulluq vasitələrinin dəri üçün stress faktoru olduğunu vurğulayıb.
Yayılan miflərə görə, dəri eyni kosmetik məhsullara öyrəşdikdə, onların təsiri azalır. Buna görə də “onları tez-tez fərqli vasitələrlə dəyişmək lazımdır” deyən kəslərin məsləhətinə inanıb əvvəlki vasitələri işlətməyi dayandırırıq. Yəni bəzilərinin dediklərinə görə, məhsuldan istənilən effekti əldə etmək üçün dəri daim yeni məhsullarla təəccübləndirilməlidir. Əslində dəriyə hər hansı qulluqda edilən dəyişiklik dəri üçün stress yaradır”, - deyə həkim izah edib.
Bundan əlavə, yataq dəstini dəyişmək vacibdir. Yastıq üzlükləri hər gün bir neçə saat dərinizlə təmasda olur, bu da materialda bakteriya, kir və ölü hüceyrələrin yığılmasına səbəb olur. Bu baxımdan həkim onları ən geci iki həftədə bir dəfə yumağı məsləhət görüb.
Quru şampun və saç spreylərindən istifadə edərkən məhsulun hissəciklərinin dəriyə düşməməsi üçün üzü örtmək məsləhətlidir. Bundan əlavə, siqareti dayandırmalı və mənzilinizdə hava nəmləndiricisi quraşdırmalısınız. Mütəxəssis əlavə edib ki, şəkər də dəriyə mənfi təsir göstərir: o, erkən qocalmağa kömək edir.
Firuzə Alimova
QAZİLER.AZ