65 yaşdan yuxarı insanlar artıq COVID-lə bağlı yüksək risk qrupuna aid deyil - ÜST

65 yaşdan yuxarı insanlar artıq COVID-lə bağlı yüksək risk qrupuna aid deyil - ÜST backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un müalicəsi üzrə tövsiyələrini yeniləyib.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bundan sonra təşkilat 65 yaşdan yuxarı insanları COVID-19-la bağlı yüksək risk qrupuna yox, orta risk qrupuna aid edəcək.

Təşkilatın məlumatına əsasən, COVID-19 virusunun hal-hazırda mövcud olan variantları daha az ağır xəstəliklərə səbəb olur, peyvəndlər sayəsində immunitet səviyyəsi daha yüksəkdir, bu isə əksər xəstələrin ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır. ÜST-ün xəstəliyn müalicəsi üçün yenilənmiş tövsiyələrinə COVID-19 virusunu ağır keçirməyən pasiyentlərin xəstəxanaya yerləşdirilməsi üzrə ilkin risklə bağlı yeni qiymətləndirmələri daxildir. Bu, səhiyyə işçilərinə xəstəxanaya yerləşdirilmə riski yüksək, orta və ya aşağı olan şəxsləri müəyyənləşdirməyə və onlar üçün müvafiq müalicə üsullarını təyin etməyə kömək edəcək.

İndi orta risk kateqoriyasına əvvəllər yüksək risk qrupuna daxil olmuş insanlar, o cümlədən 65 yaşdan yuxarı olanlar, həmçinin xroniki xəstəlikləri, əlilliyi və yanaşı xroniki xəstəlikləri olan insanlar daxildir. Söhbət piylənmə, diabet, həmçinin böyrək, qaraciyər, xərçəng xəstəlikləri də daxil olmaqla, bu kimi xroniki xəstəliklərdən gedir. Bu qrupa aid pasiyentlər üçün xəstəxanaya yerləşdirilmənin ümumi səviyyəsi təxminən 3 faiz təşkil edir.

ÜST-ün bildirdiyinə görə, immuniteti zəif olan insanlar COVID-19 virusuna yoluxduqları təqdirdə daha yüksək riskə məruz qalırlar. Bu hallarda xəstəxanaya yerləşdirilmənin təxmini səviyyəsi 6 faiz təşkil edir. Yüksək və ya orta risk kateqoriyasına aid olmayanların xəstəxanaya yerləşdirilmə riski cəmi 0,5 faizdir. Əksər insanlar aşağı risk qrupuna aid edilirlər.

Təşkilat xəstəxanaya yerləşdirilmə riski yüksək və orta olan pasiyentlər üçün nirmatrelvir və ritonavir preparatlarının ciddi şəkildə tövsiyə olunmasının davam etdiyini açıqlayıb.

 

 

Diaspora