Yuxunu pozan QİDALAR

Yuxunu pozan  QİDALAR backend

Yuxusuzluqdan əziyyət çəkməmək və yaxşı yuxu almaq üçün yatmazdan əvvəl qırmızı ət və şokolad yemək tövsiyə edilmir.

Qaziler.az bildirir ki, bunu endokrinoloq, profilaktik və qocalma əleyhinə tibb üzrə mütəxəssis Kamilya Tabeyeva deyir. Gazeta.Ru ilə söhbətində o, yuxunu pozan digər məhsulları açıqlayıb.

Həkim xəbərdarlıq edib ki, gecələr acı yeməklər və ədviyyatlar yeməmək daha yaxşıdır, çünki onlar endorfinlərin səviyyəsini artırır və sinir sistemini stimullaşdırır, halbuki yatmazdan əvvəl sinir sisteminin istirahətə ehtiyacı var. Həmçinin, Tabeyevanın sözlərinə görə, axşam yeməyində yağlı qidalar yemək tövsiyə edilmir, çünki onların həzm edilməsinin uzun və çətin prosesi yuxuya zərər verir.

"Məsələn, qırmızı ətin həzm olunması balıqdan xeyli uzun çəkir. Yatmadan əvvəl istifadəsi də arzuolunmazdır", - deyə Tabeyeva vurğulayıb.

Endokrinoloq da axşam saatlarında kofeinli məhsullardan uzaq durmağı məsləhət gördü. Tabeyeva xatırladıb ki, çay və qəhvə ilə yanaşı, tünd şokoladın canlandırıcı təsiri var, ona görə də onu gecə yeməmək daha yaxşıdır. Həmçinin, həkimin fikrincə, yatmazdan əvvəl tez-tez sidiyə getməyə səbəb olan qarpız, qovun və digər meyvələri yeməmək məsləhətdir.

QAZİLER.AZ

Diaspora