Hər gün acqarına qatıq suyu için

Hər gün acqarına qatıq suyu için backend

Qatıq əsrlər boyu bir çox ölkələrdə mühüm qida qaynağı olaraq istehlak edilmişdir.

Ancaq qatıq istehlak edərkən ondan yarılan su bəzən atılır. Faydalarını öyrəndikdə isə bu vərdişdən əl çəkəcəksiniz.

Sağlamlığa faydalarını nəzərə alaraq, qatıq suyuna sadəcə tullantı kimi deyil, sağlamlığınıza töhfə verən bir içki kimi baxmaq vacibdir.

Qatıq suyunun müntəzəm istehlakı həzm sisteminizin sağlamlığını yaxşılaşdırır, immun sistemini dəstəkləyir.

Hər gün ac qarına qatıq şirəsi qəbul etdikdə isə:

1 - Qatıq suyu kalorisi çox aşağı olduğu üçün pəhriz saxlayanların üstünlük verməsi lazım olan bir qidadır. 100 ml qatıq suyu istehlak etdikdə cəmi 20 kalori almış olursunuz.

2 - Yağların əriməsini sürətləndirmək üçün bol miqdarda istehlak edə bilərsiniz.

3 –Bağırsaqla bağlı probleminiz varsa, mədə pozğunluğunu aradan qaldırmaq üçün qatıq suyu içə bilərsiniz. O, mədəni rahatlaşdıracaq və bağırsaqları gücləndirəcək.

4 -Tərkibindəki vitaminlər sayəsində dəri və saç sağlamlığını qoruyur. Saçınızın ehtiyac duyduğu nəm balansını təmin edir.

5 -Streslisinizsə və böyrək daşlarından əziyyət çəkirsinizsə, qatıq suyunun antioksidan təsiri ilə böyrək daşını düşürmək daha asan olacaq.

6 -Qatıq suyu qalxanabənzər vəzi xəstələri üçün şəfalıdır. Qalxanabənzər vəzinin aktiv fəaliyyətini təmin edir.

7 - Qatıq suyu içən diabet xəstələrinin şəkər balansı nəzarət altına alınır.

8 - Sidik yolları infeksiyasını evdə təbii üsullarla müalicə etmək üçün bir neçə gün ərzində qatıq şirəsi qəbul etmək məsləhət görülür. Mikron əleyhinə xüsusiyyəti ilə infeksiyanı orqanizmdən çıxarır.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora