Təbii qəhvə canlılıq verən, maddələr mübadiləsini sürətləndirən və hətta bir çox orqanların işini yaxşılaşdıran içki hesab olunur. Həkimlərin fikrincə, qəhvənin həddindən artıq istehlakı orqanizm üçün ciddi təhlükə yarada bilər.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, həddindən artıq qəhvə istehlak edənlərin ən çox qarşılaşdığı problem susuzluqdur.
Qəhvə, şübhəsiz ki, bir çox müsbət xüsusiyyətləri olan bir içkidir. Alzheimer, Parkinson kimi xəstəliklərin riskini azalda, baş ağrılarını aradan qaldıra, sinir və ürək sistemlərini stimullaşdıra, həmçinin qaraciyər xəstəliklərinin qarşısını ala bilər. Həddindən artıq qəhvə istehlakı səs tellərinə mənfi təsir göstərir. Bu problemin ilk əlaməti səsin dəyişməsidir.
Simptomlara boğaz ağrısı, danışarkən diskomfort hissi, səs diapazonunun itməsi, boğazın qıcıqlanması daxildir.