Hansı qida depressiyaya səbəb olur?

Hansı qida depressiyaya səbəb olur? backend

Las Palmas-de-Qran-Kanariya və Qranada universitetlərinin alimləri insanlarda depressiya, əsəbilik və təşviş yaradan qidaların “qara siyahısı” tərtib ediblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçılar yalnız fast food və  qənnadı məmulatları yeməyə razı olan 9 min insanın iştirakı ilə təcrübə aparıblar. Altı aydan az müddətdə könüllülərin yarıdan çoxu heç bir səbəb olmadan əsəbiləşdiklərini və qıcıqlandığını görüblər. Bundan əlavə, həmin şəxslərdə izaholunmaz bir narahatlıq və depressiya vəziyyəti tez-tez hiss olunub.

Alimlər bunu fast food məhsullarının tərkibində orqanizm üçün çətin həzm olunan çoxlu trans yağların olması ilə izah edirlər. Buna görə qaraciyərə, ürəyə artan yük düşür və sonra hər şey psixi sağlamlığa təsir göstərir.

Qeyd etmək lazımdır ki, qidalanmanın insanın emosional vəziyyətinə təsirinin dolayı sübutları yarım əsrdən çoxdur. Belə ki, bananın tərkibində endorfin (“xoşbəxtlik hormonları”) olduğu məlumdur. İnsanlara oxşar təsir kök, xiyar, kərəviz, az yağlı qatıq, əncir, ərik, quru gavalı, südlü dənli bitkilər və şəkərsiz şirələri daxil etməklə ola bilər.

QAZİLER.AZ

Diaspora