Şok sizi öldürə bilər

Şok sizi öldürə bilər backend

“Şok ölümcül ola bilər, bu istər istər yaxın birinin ölüm xəbəri olsun, istərsə də lotereyada udmaq həyəcanı”.

Qaziler.az bildirir ki, bu barədə Gizmodo.com yazır.

Almaniyanın şimalındakı Rostok Universitet Xəstəxanasının tədqiqatçıları xəstələrinin tibbi qeydlərinə əsasən Bu nəticəyə gəliblər.

Tədqiqat müəyyən edib ki, qəfil xəbərlər orqanizmdə “qırıq ürək sindromu” adlı potensial ölümcül fəlakətə səbəb ola bilər.

Alimlərin fikrincə, xəbər və ya hadisə orqanizmdə böyük miqdarda stress hormonları, o cümlədən adrenalin istehsal edə bilər ki, bu da ürəyi qanla təmin edən əsas damarların daralmasına səbəb olur.

Nəşr bildirir ki, bu, ürəyin əsas nasos kamerasını iflic edir və infarkt zamanı olduğu kimi ritmin qəfil dəyişməsinə gətirib çıxarır. Həmin şəxs nəfəs almaqda çətinlik çəkə, kəskin sinə ağrısı yaşa və özünü zəif hiss edə bilər. 

Bu səbəbdən bəziləri ölür, digərləri əgər təcili tibbi kömək ala bilərsə sağalır.

QAZİLER.AZ

Diaspora