İdmançı arıqlama üçün içdiyi qida əlavəsindən xəstəxanalıq olub

İdmançı arıqlama üçün içdiyi qida əlavəsindən xəstəxanalıq olub backend

Moskvada yeniyetmə idmançılar üçün nəzərdə tutulan bioloji aktiv maddənin qəbulundan sonra ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az xəbər verir ki, məlumatı SHOT “Telegram” kanalı yayıb.

Kanalın sözlərinə görə, 17 yaşlı oğlan bodibilderlər arasında məşhur olan yağ yandıran kapsullar içib.

Belə ki, Orexova Zuevadan olan bir yeniyetmə küçə gimnastikası ilə məşğul olub və tez-tez yarışlarda iştirak edib. Daha yaxşı nəticələr əldə etmək üçün o, idman əlavələri almağa qərar verib. Gənc idmançı internetdə oxuyub ki, kapsullar təkcə yağ yandırma effektinə malik deyil, həm də məşq zamanı konsentrasiyanı yaxşılaşdırır.

O, bir neçə həb qəbul edib və bir müddətdən sonra özünü pis hiss edib. Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, ona efedrin və kofein tərkibli dərmandan zəhərlənmə diaqnozu qoyulub. Həkimlər oğlanın vəziyyətini stabilləşdiriblər, hazırda həyatı üçün heç bir təhlükənin olmadığı qeyd edilib.

QAZİLER.AZ

Diaspora