Honq-Konqda məktəbli imtahanlardan əvvəl stress keçirdiyi üçün meşəyə qaçıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Asia One” yazıb.
KİV-in məlumatına görə, 17 yaşlı Metyu Tsang oktyabrın əvvəlində günorta saatlarında özü ilə yalnız pul götürərək məktəbi tərk edib. Yeniyetmənin anası o yoxa çıxandan sonra polisə müraciət edib, həmçinin sosial şəbəkələrdə yazı yazaraq aidiyyatı şəxslərin axtarışa qoşulmasını xahiş edib.
"Biz səni sevirik, fəxr edirik ki, sən bizim oğlumuzsan, lütfən evə gəl və biz birlikdə hər şeyin öhdəsindən gələcəyik", ana övladına səslənib.
Xilasetmə qrupu yaradıldıqdan sonra tələbə itkin düşəndən bir həftə sonra çayın yaxınlığındakı kolluqlarda tapılıb.
Tsanqın anası axtarışda kömək edən hər kəsə təşəkkür edib və Metyu öz iradəsi və dərədən içdiyi su sayəsində sağ qaldığını qeyd edib. Qadın əlavə edib ki, son vaxtlar oğlu qarşıdan gələn imtahanlarla əlaqədar stress və həddindən artıq psixoloji təzyiq yaşayıb.
QAZİLER.AZ