Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (09.10.2023-15.10.2023) 249 yeni yoluxma faktı qeydə alınıb, 362 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 833 799 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 205 nəfər müalicə olunaraq sağalıb, 10 347 nəfər vəfat edib, aktiv xəstə sayı 247 nəfərdir.
Ölkədə son həftə ərzində 4 007, hazırkı dövrədək isə 7 696 360 test aparılıb.