ABŞ alimləri yumurta ilə bağlı mifləri darmadağın ediblər. Onlar son elmi araşdırmada yumurtanın ömrü uzatdığını bildiriblər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, yumurta yemək xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ömrü uzadır.
Tədqiqatda 18-30 yaş arası insanlar iştirak ediblər. İki həftə ərzində hər gün üç toyuq yumurtası yeyiblər. Təcrübənin nəticəsi gözlənilməz olub: yumurta yemək qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir. Normal xolesterin isə aterosklerozun inkişafına mane olur.
Bundan əlavə, yumurta yeyən insanlarda antioksidantların və iltihab əleyhinə molekulların səviyyəsi artıb.