Temperatur aşağı düşdükcə bədən yeni hava şəraitinə uyğunlaşmağa çalışır, lakin həmişə buna nail olmur. Soyuq havada soyuqdəymə asan olur və siqaret çəkənlərdə bu problemin yaranma riski daha yüksəkdir.
Eyni mühitdə yaşasalar da, siqaret çəkənlər tez-tez soyuqdəymənin ilk əlamətlərini bu vərdişi olmayan insanlara nisbətən daha tez "qəbul edirlər".
Yale Universitetinin alimləri bunun səbəblərini müəyyən ediblər və nə üçün siqaret çəkənlərin xüsusilə temperatur aşağı düşdüyü zaman soyuqdəyməyə daha çox meylli olduğunu aydınlaşdırıblar
Siqaret çəkənlər həmişə siqaretin tərkibindəki zəhərli maddələrlə təmasda olurlar və onların orqanizmi bu toksinləri aradan qaldırmağa yönəlib, ona görə də viruslarla mübarizə apara bilmir.
Praktikada bədən seçim vəziyyətinə gətirilir: toksinlərdən qorunmaq və ya soyuqla mübarizə aparmaq.
QAZİLER,AZ