Qəhvənin dadı bütün insanlar üçün eyni deyil. Qəhvəni necə qəbul etdiyimizi, onun dadını bəyənib-bəyənməyəcəyimizi, hətta infarkt və ya hipertoniya riskimizə necə təsir edəcəyini, əsasən genlər müəyyən edir.
Məhz bir gen - CYP1A2 orqanizmin kofeinə olan həssaslığına böyük təsir göstərir.
“The Washington Post” yazır ki, CYP1A2 kofeinin parçalanmasına və bədəndən çıxarılmasına cavabdeh olan CYP1A2 adlı fermentə nəzarət edir.
“Bütün insanların təxminən yarısında CYP1A2-nin "sürətli" variantının iki nüsxəsi var ki, bu da onları "sürətli" kofein metabolizatorlarına çevirir”, - Toronto Universitetinin qidalanma professoru Əhməd El-Sohemi izah edib.
Digər 40% yalnız bir nüsxəyə malikdir və "yavaş" metabolizatorlar, nüsxəsi olmayan qalan 10% isə "super-yavaş" metabolizatorlardır.
Maddələr mübadiləsindən asılı olaraq, vücudunuzun kofeinin yarısını xaric etməsi iki və ya səkkiz saat çəkə bilər.
Firuzə Alimova
QAZİLER.AZ