Həmyerlimiz doktor Cavid Cabbarzadəyə Türkiyə Cümhuriyyəti tərəfindən “Doçentlik” elmi adı verilib. Qeyd etmək istərdik ki, Dr. Cavid Cabbarzadə Azərbaycan Tibb Universitetinin məzunudur. Hacettepe Universitetində qulaq-burun-boğaz ixtisası üzrə uzmanlıq təhsilini tamamladıqdan sonra 2014-cü ildən etibarən vətənə dönmüş və fəaliyyətə başlamışdır. Türkiyənin Yeni Yüzyıl Universiteti Gaziosmanpaşa xəstəxanasında tibb tələbələrinə qulaq-burun-boğaz ixtisası üzrə dərslər tədris etmişdir. Dr. Cabbarzadənin elmi fəaliyyəti, T.C. Üniversitelerarası Kurul Başkanlığı tərəfindən dəyərləndirilərək ona qulaq-burun-boğaz xəstəlikləri üzrə dosent ünvanı verilib.
Dr. Cabbarzadənin ABŞ və Avropada çap olunan bir çox elmi jurnallarda məqalələri dərc olunub. Bu məqalələrdə əsasən estetik burun cərrahiyyəsi sahəsində yeni texnikalar, alqoritmlər və cərrahi alətlər öz əksini tapıb. Onun tərəfindən rinoplastikada istifadə üçün dizayn edilmiş iki cərrahi alət (Cabbarzade Crusher və Cabbarzade Blade) patentlə təsdiq olunub. Dr. Cabbarzadə bu yenilikləri təqdim etmək məqsədilə hər il dünyanın müxtəlif ölkələrinə rinoplastika ilə bağlı məruzə üçün dəvət edilir. ABŞ, İngiltərə, Almaniya, Norveç, İspaniya, Fransa, İtaliya, Braziliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İran, Portuqaliya onun rinoplastika ilə bağlı məruzə edərək Azərbaycanı təmsil etdiyi ölkələrdəndir.
O, 2018-ci ildə Londonda Beynəlxalq Üz Plastik Cərrahiyyəsi Akademiyaları tərəfindən sertifikatlaşdırılaraq “European Board Certified Facial Plastic Surgeon” ünvanını qazanıb. 2022-ci ildə isə Vyanada keçirilən ikimərhələli imtahan sonrası “European Board Certified Otorhinolaryngologist” ünvanını qazanıb. Qeyd etmək istərdik ki, Dr. Cabbarzadə hazırda ölkəmizdə həm qulaq-burun-boğaz, həm də üz plastik cərrahiyyəsi üzrə Avropada sertifikatlaşdırılmış yeganə cərrahdır.
O, 2018-ci ildə “Fairmont Hotel Flame Towers”da Azərbaycan səhiyyə tarixində ilk dəfə, 14 fərqli ölkədən cərrahların iştirak etdiyi beynəlxalq rinoplastika konfransını - “Baku Rhinoplasty Days”i təşkil edib.
Dr. Cabbarzadənin praktik fəaliyyəti əsasən rinoplastika və ya estetik burun cərrahiyyəsinə həsr olunub. Onun üçün keyfiyyət ön plandadır. Onun əsas prinsipi çoxlu əməliyyat etmək yox, məmnun olan xəstələrə sahib olmaqdır. O, həm əməliyyata yaxşı fokuslanmaq üçün, həm də əməliyyat etmiş olduğu xəstələrə yüksək xidmət edə bilmək üçün hər gün ancaq bir rinoplastika əməliyyatı icra edir.
050 444 88 11
@drcavidcabbarzade