Afroditanın ən sevimli meyvəsi-NAR...

Afroditanın ən sevimli meyvəsi-NAR... backend

Qabığı da insan orqanizminə xeyirlidir

Hər fəslin özünə uyğun meyvələri olduğu kimi payızın da ən sevimli meyvəsi nardır. Nar çox xeyirli, tərkibi vitaminlərlə zəngin meyvədir. Narın hətta qabığı dərman kimi istifadə olunur. Qurudulmuş nar qabığı ishal zamanı qaynadılıb içilərkən xeyirli nəticə göstərir. 

Rəvayətə görə, narı ilk dəfə gözəllik və sevgi ilahəsi Afrodita əkib. Onun ehtimallarına görə, qırmızı rəngli meyvə sağlamlığa və gözəlliyə müsbət təsir edir.

Bəs, görəsən narın yaxşı  yetişdiyini nədən bilmək olar?!

QAZİLER.AZ xəbər verdiyinə görə, yaxşı yetişmiş nar qabığı tünd rəngdə, forması isə qeyri-simmetrik formada olur. Nardan şirə, turşu, nar qurusu, bölgələrə uyğun müxtəlif ərzaq əlavələri hazırlanır. 

Nar şirəsi əsasən qan azlığından əziyyət çəkən xəstələr üçün xeyiridir. Nar turşusu isə balıq və digər xörəklərdə istifadə olunur. 

QAZİLER.AZ

Diaspora