Rusiyada azyaşlıların koronavirusa qarşı peyvənd edilməsi dayandırılıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, məlumatı Rusiyada Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov bildirib.
Hazırda 12-18 yaş arası uşaqların vaksinasiyası dayandırılıb. Onlar üçün Rusiyada bütün kliniki sınaqlardan keçmiş koronavirusa qarşı bir dərman hazırlanıb. Bu, Gamaleya Mərkəzinin “Sputnik M” peyvəndidir. Vaksin 21 gün aralığında tətbiq olunan iki komponentdən ibarətdir.
Dərmanın tərkibinin yenilənməsi və klinik sınaqların aparılması ilə əlaqədar olaraq o, yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti istifadə edilməyəcək.
"Səhiyyə Nazirliyi koronavirusun yeni ştamına qarşı yeni peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsinə başlayıb və hazırda testdən keçirilir", - Qorelov bildirib.
QAZİLER.AZ