Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki və Rospotrebnadzorun keçmiş rəhbəri Gennadi Onişenko bildirib ki, Rusiya indi yeni variantla deyil, “omikron” koronavirus ştammının subvariantı ilə məşğuldur.
Qaziler.az xəbər verir ki, o bu barədə “NEWS.ru”ya müsahibə verib.
“Omicron”un yeni subvariantının əvvəlkindən daha yoluxucu olması ilə bağlı məlumat hələ təsdiqlənməyib. Bundan əlavə, hələlik bu subvariantın daha ciddi şəkildə tolere edildiyinə dair heç bir elmi sübut yoxdur”, - o əlavə edib.
Obyektiv desək, biz indi yeni ştamla deyil, “omikron”la məşğul oluruq. Bu "omikron"dur, sadəcə subvariantıdır. Onun virusun əvvəlki versiyasından daha yoluxucu olması hələ də fərziyyədir. Amma prinsipcə, belə olmalıdır”, - deyə o qeyd edib.
QAZİLER.AZ