Çörəyi kiflənməkdən necə qoruyaq? - Üsulları

Çörəyi kiflənməkdən necə qoruyaq? - Üsulları backend

Çörəyin və xəmirdən hazırlanan qida məhsullarının ən böyük probemi onların tez bir zamanda kiflənməsi və ya bayat olmasıdır.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, səhv saxlanma üsulu çörəyin xarab olaraq tez kiflənməsinə səbəb olur. Bunun üçün:

Çörəyi hava keçirməyən qablarda saxlamaq lazımdır. Beləliklə, nəm və hava çörəyə daxil ola bilməyəcək və çörək daha uzun müddət xarab olmadan qalacaq.

Çörəyi sellofan torbada saxlamaq məsləhət görülmür. Çörəyi çörək qabında saxlamaq məsləhətdir.

Havasız mühit çörəyin təzə qalmasına və kifin yaranmasının qarşısını almağa kömək edir.

Çörəyi günəşdən uzaq tutaraq xarab olmasını ləngidə bilərsiniz.

Yeməyəcəyiniz artıq çörəyi dondurucuda donduraraq saxlaya bilərsiniz. Beləcə çörəyiniz xarab olmayacaq. Çörəyi istehlak etmək istədiyiniz zaman dondurucudan çıxararaq yeyə bilərsiniz.

Dondurulmuş çörəyin dadını itirməmək üçün ən geci onu 3 ay ərzində istehlak edin.

Çörəyin saxlandığı qab və ya şkaf mütəmadi olaraq təmizlənməlidir.

Bu üsulları sınayaraq çörək və un məhsullarınızı daha uzun müddət xarab olmadan saxlaya bilərsiniz.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora