mir24.tv xəbər verir ki, Edinburq Universiteti insanların niyə herpes xəstəliyinə tutulduğunu öyrənib.
Bildiyiniz kimi, bəzi insanlarda virus daimi residivlər və səpkilərə səbəb olur, digərləri isə ümumiyyətlə xəstələnmir. Statistikaya görə, herpes hər beş nəfərdən birində olur.
Alimlər bunu gen mutasiyası və nəticədə immunitet sisteminin virusun öhdəsindən gələ bilməməsi ilə izah edirlər.
Tədqiqatda elm adamları minlərlə geni təhlil edərək hansının orqanizmin immun sisteminin virus fəaliyyətinin qarşısını almaq üçün lazım olan zülalları istehsal etdiyini müəyyən ediblər. Daha sonra onlar herpesli könüllülərin qan nümunələrini tədqiq ediblər və genlərdən birində - IL28b-də mutasiya baş verdiyini aşkar etdilər.
QAZİLER.AZ