Qanda yüksək xolesterol səviyyəsi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Buna görə də tərkibində yüksək xolestrol olan qidaları məhdudlaşdırmaq tövsiyə olunur. Bir çox insan bu siyahıya toyuq yumurtası əlavə edir. Alimlər bu məhsulun həqiqətən qanda xolesterinin səviyyəsini artırıb-artırmadığını müəyyən ediblər.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, elmi sübutlar yumurta istehlakının xolesterol səviyyəsinə təsir etmədiyini təsdiqləyib.
Tədqiqat zamanı elm adamları ümumiyyətlə xolesterolun ürək-damar xəstəliklərinin inkişafında rol oynadığına dair heç bir sübut tapmayıblar. Tədqiqat, hətta hər gün yumurta yeyən sağlam insanlarda da xəstəlik riskinin artmadığını aşkar edib. Yəni, ürək xəstəliyiniz yoxdursa, yumurtadan qorxmamalısınız.
Hər yumurtanın sarısında təxminən 200 mq xolesterin var. Amma fakt budur ki, xolesterolun 80%-i insan orqanizminin özü, əsasən də qaraciyər tərəfindən istehsal olunur. Yalnız qalan 20% qidadan gəlir.