Hindistanda Nipah virusundan 2 nəfər ölüb

Hindistanda Nipah virusundan 2 nəfər ölüb backend

Hindistanda Nipah virusuna görə səlahiyyətlilər təşvişə düşüb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, avqustun 30-dan bəri ölkənin cənubundakı Kerala əyalətində iki nəfərin ölümündən sonra virusun yayılmasının qarşısını almaq üçün 9 kənddə məktəblər və iş yerləri bağlanıb, ictimai nəqliyyat xidməti dayandırılıb.

Xəstəxanada biri uşaq olmaqla 3 nəfərin müalicəsi davam edərkən, 153-ü tibb işçisi olmaqla 706 nəfərin müayinədən keçirildiyi bildirilib.

Nipah epidemiyası 2018-ci ildən bəri Kerala ştatında üç dəfə baş verib. İlk yoxulma zamanı 21 nəfər, 2019 və 2021-ci ildə isə 2 nəfər epidemiyadan ölüb.

Nipah virusu ilk dəfə 1999-cu ildə Malayziya və Sinqapurda donuz fermasında çalışan işçilərdə görülüb. İnsanlara yarasalardan və ya donuzlardan keçə bilən virus birbaşa təmas və ya qidalardan keçə bilər.

QAZİLER.AZ

Diaspora