Gündə bir alma infarkt riskini 40% azaldır

Gündə bir alma infarkt riskini 40% azaldır backend

Oksford Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, gündə bir alma yeyən insanlarda infarkt riski 40% azalır.

Daily Mail qeyd edir ki, tədqiqatın ümumi nəticəsinə görə,  hər gün 150 qram meyvə yeyən insanlarda infarkt riski yarıya enir.

Tədqiqatçılar yeddi il ərzində 500 min çinlinin sağlamlığını izlədikləri bir təcrübə keçiribiər. Kardioloq Huaidong Du deyir: "Məlumatlarımız açıq şəkildə göstərir ki, təzə meyvə yeyənlərin ürək-damar xəstəlikləri riski daha azdır".

Meyvə- tərəvəz tərkibindəki antioksidantlar sayəsində bədəndəki zərərli kimyəvi proseslərlə mübarizə apararaq ürəyə kömək edir.

Təcrübə iştirakçılarının 18%-i hər gün meyvə yeyib, 6,3%-i isə bir dəfə belə meyvə qəbul etməyib. Meyvə yeyənlərin infarkt riski 25-40% az olub.

QAZİLER.AZ

 

Diaspora