“Caspian” və “Badam” tibb müəssisələri şəhid ailələri və qaziləri güzəştlərdən yararlanmağa çağırdı

 “Caspian” və “Badam” tibb müəssisələri şəhid ailələri və qaziləri güzəştlərdən yararlanmağa çağırdı backend

Paytaxtda yerləşən "Caspian International Hospital" və "Badam Medical Center" tibb müəssisələri şahid ailələrini və hər iki Qarabağ savaşının iştirakçılarını, veteran və qaziləri illərdir ki, onlara bu klinikalarda tətbiq olunan güzəştlərdən yararlanmağa çağırıb.

Qaziler.az bildirir ki, bu barədə, klinikaların İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib: “Bu güzəştlər yeni deyil, əksinə, illərdir ki, tətbiq olunur.  Əlbəttə, şəhid ailələri və qazilər üçün dövlətimiz tərəfindən tam dəstək nümayiş etdirilir və onların bütün qayğılarında dövlətimiz yanlarında olur. Biz də özəl klinika olaraq, yolu bizim klinikalardan düşən hər bir şəhid ailəsi üzvünə və qazilərə müəyyən güzəştlər tətbiq etmişik. Bu güzəştlər illərdir ki, tətbiq edilir. Lakin məlumatsızlıq ucbatından ola bilər ki, klinikalarımıza yolu düşən şəhid ailəsi üzvləri və qazilər bu güzəştlərdən istifadə etmirlər. Sizin saytınız vasitəsi ilə, bir daha xəbərdar etmək istəyirik ki, "Badam Medical Center" və "Caspian International Hospital"a gələn hər bir şəhid ailəsi üzvü və qazi qeydiyyatdan keçərkən müvafiq vəsiqə və ya sənəd təqdim etməklə klinikalardakı güzəştlərdən yararlana bilər”.

 Xatırladaq ki, hər iki tibb müəssisəsində “Cərrahiyə”, “Oftalmologiya”, “Terapiya”, “Diaqnostika” və “Laboratoriya” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Klinikalar tərəfindən şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına təklif edilən güzəştlər bütün bu xidmətləri əhatə edir.

Güzəştlərdən yararlanmaq üçün müvafiq vəsiqə və ya sənəd  təqdim etmək kifayətdir.

QAZİLER.AZ

Diaspora