Suda saxlanılan xurmanın möcüzəvi faydaları

Suda saxlanılan xurmanın möcüzəvi faydaları backend

Sağlam qida hesab edilən xurma vitamin və mineral anbarıdır. Sağlamlığımız üçün son dərəcə faydalı olan xurma müntəzəm olaraq istehlak edilməlidir.

Ramazan ayında bol-bol yeyilən xurma son illər sağlam qidalanma tövsiyələri arasında şəkərin əvəzi olaraq tövsiyə edilir.

Bağırsaqlardan yaddaşa qədər bir çox faydası olan xurma B vitaminləri ilə zəngin qidadır.

Xurma anemiyaya qarşı müqavimət göstərməklə yanaşı, insana enerji verir və yorğunluğu azaltdır.

Xurma orqanizmimiz üçün lazım olan C vitamini sayəsində mikroblarla mübarizə aparır və immunitet sistemini gücləndirir.

Xurmanın bütün formaları faydalı olsa da, isladılmış xurmanın faydaları daha əvəzolunmazdır.

Bir çox insanın qorxulu kabusuna çevrilən qəbizlik probleminə isladılmış xurma qəbul etməklə qarşı çıxa bilərsiniz. Lif baxımından zəngin olan xurma bu xüsusiyyəti ilə həzm problemlərinə yaxşı gəlir.

Isladılmış xurmanın suyu da son dərəcə faydalıdır. Bu su bədəndəki ödemi aradan qaldıraraq, arıqlamağa kömək edir.

Ürək sağlamlığını qorumağa kömək edən isladılmış xurma cinsi gücü artırma xüsusiyyətinə də malikdir.

Gün ərzində 1 stəkan suya 1 xurma qoyun və səhər acqarına isladılmış xurmanı yeyib suyu içməklə faydasını görün.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora