Sakitləşdirici bitki çayları əkəriyyət tərəfindən qəbul edilir. Bunlar içərisində ən çox içiləni çobanyastığı və yasəmən çayı olsa da, biri daha təsirli olmasıyla sinirləri yumuşaq edir.
Qeyd edək ki, günümzdə stresdən uzaq olmaq heç də hər zaman mümkün olmur. Bu isə bizim ruh və fiziki sağlamlığımıza zərər verir. Nəzarət altına alınmadıqda, sakitləşmədikdə insanı depressiyaya qədər apara bilir.
Rahatlamaq, günün stress və yorğunluğunu atmaq üçün bitki çaylarına üstünlük verməkdə fayda var. Yuxarıda adlarını çəkdiyimiz bitkilərdən başqa, ən təsirlisi təbii limon melisadır. Bu, melisanın üzərinə limon sıxmaq mənasını vermir. Bitkinin adı limon melisadır.
5-6 qram limon melisa çayını bir stəkan suda dəmləyin. Soyuduqdan sonra süzüb suyunu için. Bütün yorğunluğunuzu və stresinizi azaldacaq.
Gündə bir dəfə içilməsi kifayət edir.
Axşam evə gələndə ac və ya tox qarına, bir stəkan içib necə rahat olduğunuzu hiss edəcəksiniz.
Firuzə Alimova
QAZİLER.AZ