Acılı yemək yeyirsiz? - Çinli mütəxəssislərin bu barədə nə dediklərini öyrənin

Acılı yemək yeyirsiz? - Çinli mütəxəssislərin bu barədə nə dediklərini öyrənin backend

Acılı gündəlik istehlakı xüsusilə bədxassəli şişlər, ürəyin işemik xəstəliyi və tənəffüs xəstəlikləri kimi xəstəliklərdən erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Qaziler.az bildirir ki, bu barədə Çində aparılan tədqiqatın nəticələri British Medical Journal-da dərc olunub.

"Bizim araşdırmalarımız acılı qida istehlakı ilə ümumi ölüm, həmçinin bəzi ölüm səbəbləri (xərçəng, ürək xəstəlikləri və tənəffüs xəstəlikləri) arasında tərs korrelyasiya tapdı" - deyə tədqiqat qrupunun üzvləri qeyd ediblər.

Prinsipcə, bir neçə il ərzində təxminən yarım milyon çinli  üzərində aparılan bir araşdırma göstərdi ki, “Demək olar ki, hər gün acılı yemək yeyənlərin vaxtından əvvəl ölüm riski digər yəni açılı yemək yeməyənlərlə müqayisədə 14% daha azdır", - deyə bildirilib.

Bu əlaqə həm kişilərdə, həm də qadınlarda müşahidə olunub, lakin acılı yeməklər yeyən və spirtli içki qəbul etməyənlərdə daha güclüdür.

Bundan əlavə, acılı yeməklərin tez-tez istehlakı xərçəng, koroner ürək xəstəliyi və tənəffüs xəstəliklərindən ölüm riskinin aşağı olması ilə əlaqələndirilir.

mənbə: caplimpede.ro

QAZİLER.AZ

 

Diaspora