Elm adamları müəyyən qidaların beynimizə adi əhval-ruhiyyəni sabitləşdirən dərmanlarla eyni şəkildə təsir etdiyini müəyyən ediblər.
Karina Martinez-Mayorqanın rəhbərlik etdiyi amerikalı ekspertlər qidalardakı 1700-dən çox ləzzəti təhlil edərək onlardan hansının antidepresan valproik turşuya bənzər xüsusiyyətlərə malik olduğunu öyrəniblər.
Alimlər müəyyən ediblər ki, şokolad, müxtəlif giləmeyvə (o cümlədən qaragilə, moruq və çiyələk), həmçinin omeqa-3 yağ turşuları olan qidaların tərkibindəki molekullar əhval-ruhiyyəyə müsbət təsir göstərir.
Bundan əlavə, yuxarıda göstərilən qidalardan bəziləri əhval dəyişikliyini yaxşılaşdırmağa kömək edən əlavə qida faydalarına malikdir.
Şokolad, giləmeyvə və çaylarda enerji səviyyələrini artıran və stresslə mübarizə aparan antioksidanlar var.
Qızılbalıq kimi qidalardakı omeqa-3 beyinin optimal fəaliyyətinə müsbət təsir edir. Bu maddənin olmaması tez-tez depressiya ilə əlaqələndirilir.
QAZİLER.AZ
Mənbə: eurekalert.org