Turşu tutarkən bağladığınız qapaqlara diqqət - Zəhərlənə bilərsiniz!

Turşu tutarkən bağladığınız qapaqlara diqqət -  Zəhərlənə bilərsiniz! backend

Bildiyimiz kimi qışda istehlak üçün geniş yayılmış konservləşdirmə hazırlıqlarına başlanılıb. Tutulan turşuların isə insan sağlamlığına böyük əhəmiyyəti var.

Lakin unutmamalıyıq ki, düzgün hazırlanmayan koservalar xarab və sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər izah edirlər ki, konservalardan baş verən qida zəhərlənməsi daha çox evdə hazırlananlardan olur. Burda edilən ən böyük səhv isə qapaqların təkrar istifadə edilməsidir:

- Evdə və sənaye şəraitində konserva hazırlayarkən, təmizlik və gigiyena ilə yanaşı, çükür, əzik olmayan meyvə və tərəvəzlərdən istifadə edilməlidir.

- Şüşə bankaların ağzında çat və aşınma kimi hallar yoxdursa, istifadə edə bilərsiniz.

- Konservləşmə zamanı bankaların qapaqları yalnız bir dəfə istifadə edilməlidir. Çünki evdə konservləri açarkən qapaqlar bıçaqla və ya qızdırılaraq bankanı ters çevrilməklə açılır. Bu zaman qapaq xarab olur və öz xüsusiyyətini itirir.

- Qapaq zədələndikdə, dırnaq hissəsində çat varsa, qapaq düzgün oturmursa, nə qədər etsəniz də, konserva hava və mikroorqanizmlərin daxil olması ilə xarab olacaq.

Xarab olmuş koserva yeyildikdə, zəhərlənmələrə səbəb olur.

-İstilik verdikdən sonra bankalar ters çevrilib bir gecədə saxlanılmalı, maye sızması olarsa həmin bankadan istifadə edilməməlidir.

- Konservaları qaranlıq və sərin yerdə saxlamaq məsləhətdir. Aaçıldıqdan sonra maksimum 2 gün ərzində istehlak edilməlidir.

- Əgər bankanın qapağı şişirsə, qabı açanda pis qoxu, turş iy gəlirsə, köpüklənirsə, onlar qüsurludur və istehlak edilməməlidir.

QAZİLER.AZ

Diaspora