İngiltərədə aparılan bir araşdırmada, göz skanları sayəsində Parkinson xəstəliyinin simptomlar görünməmişdən əvvəl təsbit edilə biləcəyi irəli sürülüb.
Qaziler.az BBC-yə istinadən bildirir ki, Moorfields Eye Hospital və University College London (UCL) Oftalmologiya İnstitutunun tədqiqatçıları tor qişadakı detalları araşdırmaq üçün süni intellektdən istifadə ediblər.
Elm adamları 2008-2018-ci illər arasında Londonda göz xəstəxanalarına müraciət edən 40 və daha yuxarı yaşda olan 154.830 xəstədən alınan tor qişanın ətraflı təsvirlərini araşdırıblar.
Optik Kehorans Göz Tomoqrafiyası (OCT) vasitəsilə əldə edilən görüntülərin istifadə edildiyi araşdırmada 40-69 yaş arası 67.311 sağlam könüllünün məlumatlarını ehtiva edən məlumat bazasından da istifadə edilib.
Parkinson xəstələrinin və olmayanların gözlərində fiziki fərqlərin olduğu təsbit edilən araşdırmada, Parkinson xəstələrinin daha nazik qanqlion hüceyrəsi-xarici pleksiform təbəqəyə (GCIPL) sahib olduğu təyin olunub.
Tədqiqatda xəstəliyin əlamətləri görünməzdən əvvəl bu müayinənin aparılmasının xəstəliyin erkən diaqnozuna kömək edə biləcəyi irəli sürülüb.
Qeyd edilib ki, göz skanlarından əldə edilən məlumatlar daha əvvəl Alzheimer və şizofreniya da daxil olmaqla, digər neyrodegenerativ xəstəliklərin əlamətlərinin aşkarlanmasına kömək edib.
QAZİLER.AZ