Çiy kartof suyunu hər gün üzünüzə sürtsəniz...

Çiy kartof suyunu hər gün üzünüzə sürtsəniz... backend

Süfrələrin əvəzolunmazı olan kartof suyunun faydalarını təxmin edə bilməzsiniz. Xüsusən, hər gün üzünüzə çiy kartof suyu çəksəniz, nəticəsinə inanmayacaqsınız.

Gözəllik sənayesi hər gün yeni məhsullar və vasitələr təklif etsə də, təbii və sadə üsulların populyarlığı daha da artır.

Təbiətin bizə təqdim etdiyi sadə və təsirli vasitələr sayəsində dərinizdəki fərqi görməyə başladığınız zaman təəccüblənəcəksiniz.

Bunun üçün bir kartofu rəndələyib suyunu çıxarın. Dərinizi hər gün bu su ilə silin. Dərinizə parlaqlıq bəxş edəcək, ləkə və qırışları azaldacaq. Dəriniz cavan görünüş qazanmış olacaq.

Ancaq unutmayın ki, hər dəri fərqlidir və hər insanın dərisinin göstərəcəyi reaksiya da fərqli ola bilər. Odur ki dəriyə qulluq rejiminə başlamazdan əvvəl bir dermatoloqla məsləhətləşməyiniz tövsiyə olunur.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora