Arıqlamaq üçün bu dərmanın qəbulunu dayandırın: Yoxsa intihar edəcəksiniz

Arıqlamaq üçün bu dərmanın qəbulunu dayandırın: Yoxsa intihar edəcəksiniz backend

"Ozempic" də daxil olmaqla, arıqlamaq üçün istifadə edilən bəzi dərman vasitələrinin intihara səbəb olması ilə bağlı məlumat yayılıb.

Publika.az "CNN Türk" kanalına istinadən xəbər verir ki, bütün dünyada yan təsirləri müzakirə olunan dərmanın saxtasının da bazara çıxarıldığı iddia edilib. Türkiyəli uroloq Teoman Cem Kadıoğlu sosial media hesabında tapdığı saxta "Ozempic"in fotosunu paylaşaraq, insanlara internet vasitəsilə satılan bu məhsulla bağlı xəbərdarlıq edib. Digər bir tibb mütəxəssisi Sedef Beckom isə sözügedən dərman vasitəsindən arıqlamaq üçün istifadənin gərəksiz olduğunu bildirib.

O, bu dərmanın yalnız 2-ci tip diabet xəstələrinin müalicəsi üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb:

""Ozempic" arıqladıcı dərman deyil. O, 2-ci tip diabetin müalicəsi üçün hazırlanmış dərman vasitələrindən biridir. Gəlin asan yola qaçmayaq. Pəhriz və idmanla arıqlayaq. Bunlar olmadan dərman sizə kömək edə bilməz".

""Ozempic" düzgün istifadə edildikdə təsirli olur. Xərçəng riski olan ailədə onun istifadəsi qadağandır. Düzgün istifadə edilmədikdə ciddi allergik reaksiyalara səbəb ola bilər. Unutmayın ki, ondan düzgün istifadə etməmək mədəaltı vəzi və öd kisəsinin iltihabı, mədə problemləri, qalxanabənzər vəzin xərçəngi və gözün pisləşməsi kimi məyusedici hallarla nəticələnir", - həkim əlavə edib.

 

 

Diaspora