Alimlər COVID-19-un yeni simptomunu müəyyən ediblər

Alimlər COVID-19-un yeni simptomunu müəyyən ediblər backend

Alimlər müəyyən ediblər ki, bəzi insanlar COVID-19-un uzunmüddətli və davamlı simptomları ilə qarşılaşa bilər.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “The İndependent” yazıb.

Mütəxəssislər bu fenomeni uzanan koronavirus sindromu və ya post-COVID-19 adlandırıblar. Maraqlıdır ki, indiyə qədər ən çox bilinən və tez-tez müəyyən edilən simptomlar həddindən artıq yorğunluq, qoxu itkisi, əzələ ağrısı və nəfəs darlığı olub. Alimlər həmçinin müəyyən ediblər ki, koronavirusdan sağalanlar yaddaş problemləri, sinə ağrısı, yuxusuzluq, ürək döyüntüsü, başgicəllənmə, oynaq ağrıları, tinnitus, depressiya və narahatlıq keçirirlər.

İndi yeni bir araşdırma, uzun müddət davam edən COVID-19-un əvvəllər bilinməyən daha bir simptomunu ortaya çıxarıb. Onlar bunu 33 yaşlı kişinin şikayətindən sonra aşkar ediblər.

Xəstənin altı ay ərzində ayaqlarında tez-tez rəng dəyişməsi müşahidə olunub. Xəstə ayağa qalxanda hiss edib ki, ayaqları ağırlaşır, onların rəngi dəyişməyə, qarışmağa, hətta qaralmağa başlayır. Hərdən  ayaqlarında səpgilər də əmələ gəlib, lakin kişi uzananda bütün bu qəribə simptomlar aradan qalxıb.

QAZİLER.AZ

Diaspora