Alman kimyaçı Konstantin Falberq kömür qatranını öyrənirmiş.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, bir dəfə alim görüb ki, nədənsə, çörək ona çox şirin gəlir. Laboratoriyaya qayıdıb hər şeyi dadıqdan sonra şirin dadın mənbəyini tapıb. Bu, təsadüfən kəşf etdiyi saxarin olub. 1884-cü ildə Falberq saxarini patentləşdirib və onun kütləvi istehsalına başlayıb.
Əlbəttə, bu cür şəkər əvəzləyiciləri xeyli qənaətlidir və kalori miqdarı olduqca azdır. Amma şəkərdən 200 dəfə şirindir. Bu fakt bizi ondan müntəzəm istifadəyə təhrik edə bilər. Lakin kor-koranə işlətmək qətiyyən yolverilməzdir. Daha aydın desək, təbii şəkərlə qidalandıqda insan orqanizmində lazımi miqdarda kalori qəbul etdikdən sonra təbii olaraq doyma prosesi baş verir. Lakin süni şəkər qəbul etdikdə orqanizmdəki bu təbii proses pozulur və insanda doymaq hissi yaranmır. Nəticə etibarı ilə doymaq hissini qarşılayacaq deyə artıq saxarin qəbul edilir, çəki artır.
Həmçinin şəkər əvəzedicilərindən uzunmüddətli istifadə baş ağrısı, qulaqlarda səs, depressiya, allergiya və s. xəstəliklər yaradır.