Azərbaycanda pediatr öskürəkdən qözlərinə qan sızan uşağın FOTOSUNU paylaşdı

Azərbaycanda pediatr öskürəkdən qözlərinə qan sızan uşağın  FOTOSUNU paylaşdı backend

"Bu uşağın gözünə və ətrafına olan qansızmanın səbəbi zədə alma ya yıxılma deyil. Səbəbi güclü öskürəkdir. Öskürəyin isə səbəbi göyöskürəyə bənzər öskürəkdir - Parapertussis".

Qaziler.az xəbər verir ki, fotonu tanınmış pediatr Aytən İsmayılzadə paylaşıb. Həkim şəkillə yanaşı, göyöskürəyə bənzər öskürəyin ağır fəsadlarından da ətraflı danışıb və bəzi valideynlərə müraciət edib:

"İndi görün ki, göyöskürəyəbənzər öskürək belə hala gətirirsə, göyöskürəyin özü nələr edə bilər.

Hazırda uşaqlar arasında göyöskürək yox, göyöskürəyəbənzər öskürək yayılıb. Göyöskürək pertussis, göyöskürəyəbənzər isə parapertissis adlanır. Törədici oxşar mikroblardır. Ona görə oxşar əlamətlər yaranır. Göyöskürəkdə uşaq daha çox boğulur, dili bayırda qalır, rəngi qaralır, göyərir. Reprizlər olur: nəfəs alarkən xoruz səsi. Göyöskürəyəbənzərdə isə uşaq qızarır, gözləri sulanır, qusana kimi öskürür və ya öskürərək öyüyür. Burundan qanaxma, gözə və gözətraflna qansızma ola bilir. Ancaq göyöskürəyin peyvəndi var, göyöskürəyəbənzərin isə yox. Çünki, göyöskürəyin fəsadları daha ciddi olur. Bu gözə olan qansızma kimi beyinə də qansızma ola bilir. Ağciyər toxumasının cırılması, pnevmotoraks (plevra səhfələri arasına hava dolması), pnevmoniya, beynin davamlı hipoksiyaya (oksigen aclığı) məruz qalması kimi ciddi ağırlaşmalar ola bilir. Bütün bunların əlbəttə körpələrdə görülmə ehtimalı yüksəkdir. Ona görə də iki aylıqdan etibarən göyöskürəyə qarşı peyvənd edilir. "Mən etdirmirəm" deyənlərin hesabına bir gün göyöskürək də aktivləşəcək və onların böyümüş uşaqlarına ciddi zərər verməsə də kiminsə körpəsinə həyati təhlükə yaşadacaq.

Göyöskürək 100 gün öskürəyi adlansa da 5 aya kimi uzana bilir. Çünki Bordetella pertussis mikrobunun pertussin toksininin nə vaxt bitəcəyi məlum olmur. Göyöskürəyəbənzər öskürək də bir aydan çox çəkir. Xüsusi müalicə yoxdur. Bəlğəmgətirici veməyin. İnhalyasiya etməyin, mənası olmur. Antibiotik vermək olar. Yüz faiz təsir etməsə də... Tərkibində Drozera bitkisi olan dərmanlar müəyyən qədər təsir edir. Ketotifen və ya montel kimi antiallergik dərmanlar təsir etmir. Tutma olanda təmiz havaya çıxarın. Evdə uşağın otağında açıq qabda yod qoyun ki buxarlansın. Yodun havadan inhalə edilməsi müsbət təsir edə bilər. Eşşək südünün isə yüz faiz təsirini görməmişəm. Öskürənlər elə öskürməkdə davam edir".

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora