"Journal of Humanistic Psychology" jurnalı həyatın mənası haqqında düşüncələr depressiyanı artırdığını bildirir.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Londonda universitet kollecinin tədqiqatçıları müəyyən ediblər ki, ekzistensial narahatlıq hissləri depressiv simptomların artmasına səbəb olur. Alimlərin təhqiqatının nəticələri “Journal of Humanistic Psychology”də dərc olunub.
Təhqiqat aparmaq üçün müəlliflər onlayn sorğu anketini dolduran 70-dən çox iştirakçı götürüblər. Sorğu təhqiqatçılara depressiya əlamətlərinin şiddətini, ekzistensial narahatlıq dərəcəsini və sağlamlıq nəticələrini qiymətləndirməyə kömək edib.
Araşdırma ekzistensial narahatlığın depressiya əlamətlərinin pisləşməsində əhəmiyyətli rol oynadığını müəyyən etdi. İnsanlar həyatlarının mənasının nə olduğunu anlamayanda və tez-tez bu barədə düşünəndə, onların narahatlıq səviyyəsi yüksəlir, bu da onların depressiyasını artırırdı.
Bu nəticələr göstərir ki, xəstənin həyat tarixçəsindəki ekzistensial problemlərin və xüsusi mövzuların həlli depressiyanın müalicəsində psixoloqlara faydalı ola bilər.
Depressiv pozğunluq (depressiya da deyilir) ümumi psixi sağlamlıq pozğunluğudur. Uzun müddət davam edən depressiya əhval-ruhiyyəsi və ya adi fəaliyyətlərə maraq və ya həzzin itirilməsi ilə xarakterizə olunur.
QAZİLER.AZ