Mütəxəssislər həddindən artıq istilərin insanlarda əsəb, dözümsüzlük və depressiya kimi psixi pozğunluqlara səbəb olduğunu bildiriblər.
Bu barədə Qaziler.az türkiyəli mütəxəssis Dos. Dr. Əli Ərdoğana istinadla qeyd edir. O, bildirib ki, dünyada ciddi iqlim böhranı var və bu böhranın növbəti illərdə daha da artacağı proqnozlaşdırılır.
Psixi sağlamlıq problemlərinin güclü istilərin yaşandığı vaxtda daha çox olduğunu vurğulayan Ərdoğan:
“Güclü isti havalarda yuxu pozğunluqları artır və yuxunun keyfiyyəti azalır. Yuxu pozğunluğunun başlaması isə depressiya, narahatlıq və qayğı kimi xəstəliklərin artmasına səbəb olur”, - deyib
İnsanların isti havalarda nəfəs almaqda çətinlik çəkdiyini, ürək döyüntüsü kimi xəstəliklərin tez-tez rast gəlindiyini ifadə edən Ərdoğan, bunun panik atak şikayətlərinin artmasına səbəb olduğunu vurğulayıb.
“İsti havalarda yaranan əsəbilik dözümsüzlüyə səbəb olur. İsti temperatur təkcə bədənimizi deyil, ruhumuzu da tərlədir. Bu, mübahisələrə və bu kimi hallara gətirib çıxarır. İsti havalar yol qəzalarını artıra bilər, çünki isti hava insanlarda diqqətin və konsentrasiyanın pozulmasına səbəb olur".
Yaşlı insanların yüksək temperatura dözümsüz olduğunu qeyd edən Ərdoğan isti havaların qadınlara daha çox təsir etdiyini xüsusi vurğulayıb.
QAZİLER.AZ