Yuxu keyfiyyətini yaxşılaşdıran MEYVƏ

Yuxu keyfiyyətini yaxşılaşdıran  MEYVƏ backend

Somnoloq Breus bananı təbii yuxu həbləri adlandırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, somnoloq, tibb elmləri namizədi Maykl Breus və yuxu mütəxəssisi Rob Hobson  yuxunu yaxşılaşdıran, rasiona daxil olmalı  meyvə haqqında danışıblar.Bu haqda Huffpost nəşri sitat gətiriryazıb.

Həkim bildirib ki, gecə istirahətinin keyfiyyətinə təsir edən bir neçə amil var ki, onlardan biri də bağırsaq sağlamlığıdır. Axşam qəlyanaltısı kimi banan yemək onun işini yaxşılaşdırmağa, eyni zamanda yuxu problemlərindən xilas olmağa kömək edə bilər.

Breusun sözlərinə görə, bu meyvəni əbəs yerə təbii yuxu dərmanı adlandırmırlar. Tərkibində böyük miqdarda maqnezium var ki, bu da sinir sisteminə stresslə mübarizə aparmağa kömək edir və sinir hüceyrələrinin həddindən artıq həyəcanını maneə olur.

QAZİLER.AZ

Diaspora