Oturaq həyat tərzi diabet və varikozun inkişafına səbəb ola bilər.
Qaziler.az bildirir ki, bunu rusiyalı həkim-terapevt Yelena Solomatina bildirib.
Həkimin sözlərinə görə, oturaq həyat tərzi diabet və varikoz kimi xəstəliklərin inkişaf riskini artırır.
Terapevt "Moskva 24" telekanalına müsahibəsində bildirib ki, oturaq həyat tərzi ilə insan artıq çəki alır və bu, müxtəlif xəstəliklərin - diabet və ürək-damar patologiyalarının inkişafına səbəb olur.
Solomatina qeyd edib ki, bundan oynaqlar da əziyyət çəkə bilər. Onun sözlərinə görə, onlara yaxın toxumalarda qidalandırıcı maddələrə ehtiyacı var, lakin ürək qanı yaxşı vura bilmirsə lazımı elementlər ora gələ bilmir.
Xəstəliklərin qarşısını almaq üçün həkim iş günü ərzində mümkün qədər tez-tez hər hansı fiziki məşq etməyi tövsiyə edir.
QAZİLER.AZ