Vegan qidalanma tərəfdarı olan sosial media fenomeni, 39 yaşlı Janna Samsonova Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvə ilə qidalanması nəticəsində aclıqdan ölüb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Samsonovanın yaxınları verib. Onun iyulun 21-də aclıqdan öldüyü bildirilib.
Sosial mediada vegan qidalanmağı təbliğ edərək milyonlarla izləyici toplayan, “Janna D'Art” kimi tanınan sosial media fenomeni Cənub-Şərqi Asiya turunda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bir dostu mətbuata bildirib ki, Samsonova Şri-Lankaya səfərində olduqca yorğun görünürüb, müalicə alması üçün evə göndəriblər, lakin geri qayıdıb.
Dostu "Ondan yuxarı mərtəbədə otururdum, hər səhər cansız bədənini tapacağımdan qorxurdum. Onu müalicə almağa razı sala bildim, amma bacarmadı" deyib.
Samsonovanın anası isə qızının ölümünü vəbaya bənzər infeksiya ilə əlaqələndirib, lakin meyitin araşdırılması ilə bağlı hələ açıqlama verilməyib.
Bişirilməyən otlardan hazırlanan yeməklərə üstnülük verdiyi ifadə edilən Samsonovanın son 4 ildə tamamilə çiy vegan pəhrizinə əməl etdiyi və yalnız günəbaxan tumunu cücərtərək yediyi və meyvələrlə qidalandığı iddia edilir.
Samsonovanın başqa bir dostu iddia edib ki, o, son 7 ildə yalnız bölgədə yetişən Jackfriut və durian meyvələri ilə qidalanıb.
QAZİLER.AZ