Britaniyalı alimlər insan yuxusunun keyfiyyəti ilə bağlı araşdırma aparıblar. Nəticələr göstərib ki, yataq otağında qadjetlərin enerji ilə doldurulması diabet və piylənməyə səbəb ola bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, telefonu “zaryadka” insanın sirkad ritmlərini tənzimləyən melatonin istehsalına təsir göstərir.
Gözləmə rejimində telefondan çıxan elektromaqnit şüalanma 2,3 mqs, aktiv vəziyyətdə isə 3,4 mqs-ə qədərdir. Bu da hormon ifrazını pozur.
Melatonin çatışmazlığı metabolik pozğunluqlara səbəb olur. Beləliklə, çatışmazlıq piylənmə, diabet və digər xəstəliklərə yol açır.
Tədqiqatçılar yatmazdan əvvəl smartfonu söndürməyi və ya yataq otağından uzaqlaşdırmağı məsləhət görürlər. Cihazlar istifadə edilmədikdə belə kiçik miqdarda elektromaqnit şüalanması yaradır. (medicina.