Tibb elmləri doktoru, professor Antonina Maşarova bildirib ki, yaşlı insanlar dondurma istehlakını dayandırmalıdırlar.
Həkimin sözlərinə görə, dondurmanın tərkibində çoxlu miqdarda olan şəkər və sürətli karbohidratlar yaşlı insanların idrak funksiyalarına təsir edir. Xüsusilə yaddaşın pisləşməsi və qavrayış sürətinin azalması müşahidə olunur. “İzvestiya” portalında yazıb.
Maşarova əlavə edib ki, soyuq qidalar orqanizm tərəfindən daha pis sorulur və istənilən qastroenteroloji patologiyanı kəskinləşdirir. Pankreatitli yaşlı insanlar dondurmadan tamamilə imtina etməlidirlər.
QAZİLER.AZ