Fitoterapevt Svetlana Tkaçenko müxtəlif mikroelementlər və vitaminlərlə zəngin olan qara qarağatın bütün faydalı xüsusiyyətlərindən danışıb.
"Kubanskie novosti" xəbər verir ki, qara qarağatın istifadəsi qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Giləmeyvə həmçinin qan damarlarını gücləndirən omeqa-3 yağ turşuları ilə zəngindir.
Müxtəlif qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, qara qarağat köməyə gələcək. Fakt budur ki, bu giləmeyvə sözügedən orqanın patologiyalarına maneə törədən polifenolları ehtiva edir.
Koqnitiv qabiliyyətləri yaxşılaşdırmaq üçün bu giləmeyvəni rasionunuza daxil edin. Qara qarağatın tərkibindəki antioksidantlar beyin fəaliyyətinə və yaddaşa mənfi təsir edən sərbəst radikalları aradan qaldırır.
QAZİLER.AZ