Bu qidalar yaşlı adamlara ziyandır

Bu qidalar yaşlı adamlara ziyandır backend

Rusiyalı dietoloq Ginsburq 60 yaşdan yuxarı insanları şəkərdən və "pis" yağlardan imtina etməyə çağırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, tibb elmləri doktoru, dietoloq və psixoterapevt Mixail Ginzburq qocalıqda ən zərərli məhsulların adını çəkib.  O, 60 yaşdan yuxarı insanları şəkərdən və "pis" yağlardan imtina etməyə çağırıb.

Mütəxəssisin sözlərinə görə, insulin müqaviməti sindromunun inkişafı daha çox qidalanmadan asılıdır ki, bu zaman orqanizmin hüceyrələri insulinə həssaslığını itirir və qlükozanı içəri buraxmır. Bu patologiya yalnız XXI əsrin əvvəllərində məlum olub, lakin bu gün 60 yaşdan yuxarı hər 10 nəfərdən 8-də müşahidə olunur və çox vaxt ölümlə nəticələnir. Fakt budur ki, qanda insulinin çox olması hipertoniya, diabet, ateroskleroz və müxtəlif xərçəng növlərinin inkişafına kömək edir. Xəstəliyi mümkün qədər erkən tanımaq və müalicəyə başlamaq vacibdir.

Həkim bildirir ki, fiziki fəaliyyət mühümdür: insan nə qədər çox gəzərsə, insulinə həssaslığı bir o qədər yüksək olar 

“Pəhriz saxlayarkən ilk növbədə şəkərin xaric edilməsi vacibdir. Şəkər bizi yaşlandırır. Biz həmçinin "pis" yağları - tərkibində marqarin olan bütün məhsulları, hər cür peçenye, çips, qənnadı məmulatları və günəbaxan yağını rasionumuzdan çıxarmalıyıq", - deyə dietoloq çağırış edib.

Bir insanda arterial hipertoniya varsa, qan lipidlərinin tərkibi pozulursa, ac qarına və ya yeməkdən iki saat sonra qan şəkərinin artması müşahidə olunursa, qanda insulinin səviyyəsini yoxlamaq lazımdır.

QAZİLER.AZ

 

Diaspora