İstanbulda yaşayan Sibel Meriç adlı qadın plastik əməliyyatdan sonra görmə qabiliyyətini itirib.
Qaziler.az xəbər verir ki, ötən ilin sentyabr ayında İstanbuldakı özəl xəstəxanalardan birində qarın gərmə, boyun gərmə və döş kiçiltmə əməliyyatı keçirən Meriç ağrılı günlər yaşamağa başlayıb.
Belə ki, əməliyyatdan sonra qadının gözü çürüməyə və sürətlə mavi rəngə dönüb. Məlum olub ki, əməliyyat zamanı gözünə kimyəvi maddə sıçrayıb.
Türkiyənin “TV100” kanalına yaşadığı kabusu danışan Meriç, "Əməliyyatdan çıxandan sonra gözlərim davamlı yanırdı, batırdı. Hazırda sadəcə 1,5 metr yaxınlığı görə bilirəm. Gözlərim qəhvəyi idi, sağ gözüm artıq mavi rəngdədir. Həkim kimyəvi maddə düşdüyü üçün çox gec sağaldığını deyir.
Hər iki gözüm üçün buynuz qişanın transplantasiyası lazımdır. Həkim mənim həyatımı məhv etdi. 8,5 aydır qaranlıq otaqda yaşayıram. Sanki qapalı həbsxanadır. Həkim, sözün əsl mənasında mənim həyatımı bitirdi”, deyib.
3 dəfə əməliyyat olunan və görmə qabiliyyətini itirən Meriç vaxtının çoxunu qaranlıq otaqda keçirir.
Mənbə: ensonhaber.com
QAZİLER.AZ